Laçında itkin düşən hərbçimizə Gəncədə vida mərasimi KEÇİRİLDİ

Laçında itkin düşən hərbçimizə Gəncədə vida mərasimi KEÇİRİLDİ

Hazırda oxunan: Laçında itkin düşən hərbçimizə Gəncədə vida mərasimi KEÇİRİLDİ

205645

Laçın rayonunda 2022-ci ildə itkin düşərək həlak olan hərbçi Firdovsi Abdullayevin meyitinin qalıqları Gəncə şəhərində ailəsinə təhvil verilib.

Bizim.Media xəbər verir ki, vida mərasimi onun ailəsini Gəncə şəhərində yaşadığı Məhsəti qəsəbəsində baş tutub.

Mərasimdə Firdovsi Abdullayevin ailə üzvləri, şəhid ailələri, qazi və hərbiçilər iştirak edirlər.
Vida mərasimindən sonra Firdovsi Abdullayevin meyitinin qalıqları sabah Gəncənin Şəhidlər xiyabanında dəfn ediləcək.

Qeyd edək ki, Firdovsi Mais oğlu Abdullayev 2003-cü il fevralın 9-da Goranboy rayonunda anadan olub. F.Abdullayev və onun əsgər yoldaşı, 2003-cü il təvəllüdlü Fərid Əjdər oğlu Məmmədov 2022-ci il martın 3-də Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşüb. Onların meyitlərinin qalıqları 2024-cü il iyulun 3-də Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində tapılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO