Donetsk vilayətində 28 yaşayış məntəqəsindən uşaqlar təxliyə edilir

Donetsk vilayətində 28 yaşayış məntəqəsindən uşaqlar təxliyə edilir

Hazırda oxunan: Donetsk vilayətində 28 yaşayış məntəqəsindən uşaqlar təxliyə edilir

205582

Donbasın 28 yaşayış məntəqəsindən uşaqların təxliyəsi davam edir. Son sutka ərzində 481 uşaqla birgə 372 ailə təhlükəli əraziləri tərk edib.

Bu barədə Bizim.Media Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir.

Nazirlikdən bildirilib ki, Limanskaya, İlyinovskaya, Mirnoqradskaya, Qrodovskaya, Novoqrodovskaya, Selidovskaya və Kuraxovskaya ərazi icmalarından təxliyə prosesinə polisin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət 20 qrup cəlb olunub.

"Uşaqların çıxarılması yalnız xüsusi mühafizəsi olan zirehli avtomobillərdə - dəbilqə və zirehli gödəkçələrdə həyata keçirilir", - deyə Daxili İşlər Nazirliyi vurğulayıb.

Uşaqların təxliyəsi yalnız valideynlərin və ya digər qanuni nümayəndələrin razılığı ilə və azı bir valideynin müşayiəti ilə baş verir.

“Son 24 saat ərzində 481 uşaqla birgə 372 ailə təhlükəli əraziləri tərk edib. Ümumilikdə, 3903 uşağı olan 2462 ailə təxliyə edilməlidir”, - deyə məlumatda bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO