Bu ilin 19 mart tarixində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda baş vermiş ağır qəza ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, 3 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən hadisəyə görə "Hyundai Santa FE" markalı avtomobilin sürücüsü 1972-ci il təvəllüdlü Qüdrət Mahmudov təqsirləndirilib.
Naxçıvan Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismar qaydalarının pozulması - 2 və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə təqsirli bilib.
Məhkəmədə bildirilib ki, qohumları ilə birgə Naxçıvan şəhərindən Şahbuza qəbir ziyarətinə gedən Qüdrət avtomobili təyin edilmiş həddən sürətli şəkildə idarə edib. Yağışlı hava şəraitində saatda 110 kilometr sürətlə hərəkət edən maşın qarşıdan gələn "VAZ 2121" (Niva) markalı avtomobillə toqquşub. Nəticədə həmin avtomobildə olan Zərifə Əliyeva və həyat yoldaşı Mütəllim Əliyev, eləcə də sürücü Məhəmməd Əhmədov aldıqları xəsarətdən həlak olublar. M.Əhmədovun oğlu və "Hyundai Santa FE"də olan 3 nəfər isə xəstəxanaya yerləşdirilib.
Məhkəmə prosesində vəfat edən şəxslərin ailə üzvləri qəzaya səbəb olan sürücüdən şikayətçi olmadıqlarını bildiriblər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:07 / 07.08.2024
3 nəfərin ölümünə səbəb olan sürücüyə YÜNGÜL CƏZA verildi
Hazırda oxunan: 3 nəfərin ölümünə səbəb olan sürücüyə YÜNGÜL CƏZA verildi
Hazırda oxunan: 3 nəfərin ölümünə səbəb olan sürücüyə YÜNGÜL CƏZA verildi
205564
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.