Azərbaycanda görmə qabiliyyəti məhdud olan neçə UŞAQ VAR?

Azərbaycanda görmə qabiliyyəti məhdud olan neçə UŞAQ VAR?

Hazırda oxunan: Azərbaycanda görmə qabiliyyəti məhdud olan neçə UŞAQ VAR?

205536

2023-cü ildə tibb müəssisələrində görmə qabiliyyəti tam məhdud olan 843 uşaq qeydiyyatda olub. 

Bizim.Media xəbər verir, bu barədə Statistika Komitəsi məlumat yayıb. 
 

Bildirilib ki, onlardan 13 nəfəri 1,5 yaşa, 48 nəfəri 1,5 - 3, 122 nəfəri 4-6 yaş aralığında, 70 nəfəri 7 yaşda, 196 nəfəri 8-10 yaş, 394 nəfəri 11-17 yaş aralığında olan şəxslər olublar. 


Həmçinin qeyd edilib ki, ötən il tibb müəssisələrində görmə qabiliyyəti qismən məhdud olan 18 913 uşaq qeydiyyatda olub.

Bunlardan 186 nəfəri 1,5 yaşdan aşağı, 452 nəfəri 1,5 - 3 yaş aralığında, 1 519 nəfəri 4-6 yaş aralığında, 1 506 nəfəri 7 yaşda, 4 312 nəfəri 8-10 yaş aralığında, 10 938 nəfəri isə 11-17 yaş aralığında şəxslər olublar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO