Bakıda maşından insanlara silah göstərən şəxslə bağlı RƏSMİ AÇIQLAMA – “Tapança oyuncaqdır” - FOTO

Bakıda maşından insanlara silah göstərən şəxslə bağlı RƏSMİ AÇIQLAMA – “Tapança oyuncaqdır” - FOTO

Hazırda oxunan: Bakıda maşından insanlara silah göstərən şəxslə bağlı RƏSMİ AÇIQLAMA – “Tapança oyuncaqdır” - FOTO

205508

Sosial şəbəkələrdə paytaxt ərazisində hərəkətdə olan avtomobildə olan sərnişinin əlindəki tapançanı ətrafa yönəltməsinini əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb. 

DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya bildirilib ki, həmin avtomobilin sürücüsü və sərnişini müəyyən edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakının mərkəzində mikroavtobusdakı sərnişinin "silah şousu" vahimə yaratdı - VİDEO


Şirkətlərdən birində kuryer kimi çalışan 2002-ci il təvəllüdlü şəxs və sürücü müəyyən olunaraq polis idarəsinə gətirilib.

Məlum olub ki, onun avtomobildən ətrafa yönəltdiyi odlu silaha bənzəyən tapança oyuncaqdır. O, izahatında oyuncağı əyləncə məqsədilə ətrafa yönəltdiyini və bu əməlinə görə peşiman olduğunu bildirib. 

Qanunvericiliyə uyğun olaraq onlar barəsində müvafiq tədbirlər görülür. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO