Sabah leysan yağacaq, dolu düşəcək – PROQNOZ

Sabah leysan yağacaq, dolu düşəcək – PROQNOZ

Hazırda oxunan: Sabah leysan yağacaq, dolu düşəcək – PROQNOZ

205492

Avqustun 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək.
 

Bakıda havanın temperaturu gecə 21-26° isti, gündüz 30-34° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-65 % olacaq.


Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Bölgələrdə havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti, dağlarda gecə 12-16° isti, gündüz 18-23° isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO