Qaxda atdan yıxılıb, ağır xəsarətlər alan qızın SON DURUMU – FOTO

Qaxda atdan yıxılıb, ağır xəsarətlər alan qızın SON DURUMU – FOTO

Hazırda oxunan: Qaxda atdan yıxılıb, ağır xəsarətlər alan qızın SON DURUMU – FOTO

205470

Ötən gün Qaxın İlisu kəndinin Ulu körpü ərazisində atla gəzinti bədbəxt hadisə ilə nəticələnib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, paytaxt sakini 16 yaşlı Həmidə Rəsulzadə Ulu körpü ətrazisində atla gəzərkən heyvan qəflətən hürküb və üzəngi onu müşayət edən şəxsin əlindən çıxaraq qaçıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Qaxda atdan yıxılan qız xəstəxanaya yerləşdirildi


Bu zaman atın üzərində olan 16 yaşlı qız müvazinətini itirərək yıxılıb. Nəticədə o, müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.  

Həmidə Rəsulzadə yaxınlarının köməyi ilə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb, o, müayinə və müalicələrə cəlb edilib. 

Bu gün səhər saatlarında isə həkimlərin tövsiyəsi əsasında Həmidə Rəsulzadə müalicəsini davam etdirmək məqsədi ilə Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. 

Hadisənin təfərrüatları araşdırır. 




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO