Bakının məşhur restoranında dava düşdü: Saxlanılanlar var

Bakının məşhur restoranında dava düşdü: Saxlanılanlar var

Hazırda oxunan: Bakının məşhur restoranında dava düşdü: Saxlanılanlar var

205402

Avqustun 4-nə keçən gecə Bakı şəhər, Nərimanov rayonu, Ə.Dəmirçizadə küçəsində yerləşən "Gilavar" restoranında dava olub.

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, restoranda istirahət edən beş nəfər sərxoş vəziyyətdə uca səslə danışmağa, bir-birilərinə qarşı təhqiramiz ifadələr işlətməyə başlayıblar.

Restoran əməkdaşları tərəfindən polisə müraciət edildikdən sonra hadisə yerinə 18-ci Polis Bölməsinin əməkdaşları gəliblər.

Polisin qanuni tələbinə qarşı çıxan şəxslərdən biri aqressiv davranışlarını daha sonra da davam etdirib. Bundan sonra həmin şəxslər saxlanılaraq polis bölməsinə aparılıblar.
 

Onlardan ikisi - 1982-ci il təvəllüdlü Kamran Babayev və Elşən Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (Xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilib. Digər üç nəfər isə izahatları alınaraq sərbəst buraxılıb.


Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Elşən Həsənova 20 sutka inzibati həbs cəzası verilib. Kamran Babayev isə 50 manat cərimə edilərək sərbəst buraxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO