İşıq sayğacları ilə bağlı YENİLİK – Yoxlanışı bu qurum aparacaq

İşıq sayğacları ilə bağlı YENİLİK – Yoxlanışı bu qurum aparacaq

Hazırda oxunan: İşıq sayğacları ilə bağlı YENİLİK – Yoxlanışı bu qurum aparacaq

205364

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Metrologiya İnstitutu (AzMİ) və "Azərişıq" ASC arasında müqavilə imzalanıb.

Bu barədə Bizim.Media-ya Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.

Sənədə əsasən, “Azərişığ"ın “Sayğacların test-təmir laboratoriyası”nın idarə edilməsini AzMİ həyata keçirəcək. Müqavilənin sentyabrın 1-dən qüvvəyə minməsi nəzərdə tutulub. Göstərilən tarixdən etibarən elektrik sayğaclarına metroloji xidməti AzMİ təmin edəcək.

Sözügedən laboratoriyada əhali və qeyri-əhali istehlakçılarının istifadə etdiyi sayğacların yoxlanılması, bu vasitələrin metroloji tələblərə (xəta normalarına) uyğunluğunun təyin və təsdiq edilməsi, müxtəlif tipli elektrik sayğaclarının təmiri və kalibrlənməsi işləri icra olunacaq. Həmçinin elektrik sayğaclarına edilən kənar müdaxilə hallarının müəyyən edilməsi tədbirləri həyata keçiriləcək.

Sayğacların müayinəsinin həyata keçirildiyi laboratoriyanın müstəqil tərəfin nəzarətinə ötürülməsi həm istehlakçının, həm də elektrik təchizatçısının mənafelərinin müdafiəsinin gücləndirilməsinə xidmət edir. Müvafiq laboratoriyanın AzMİ-nin idarəetməsində olması ilə ölçmə vasitələrinin yoxlanılması işlərinin metroloji tələblərə uyğun həyata keçirilməsinə nəzarət artırılacaq. Bu da öz növbəsində ümumi proseslərin təkmilləşdirilməsinə və səmərəliliyin artırılmasına, məişət istehlakçılarının və sahibkarların hüquqlarının qorunmasına töhfə verəcək.

Bu ildən Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə məxsus olan “Sayğacların müayinəsi laboratoriyası” AzMİ-nin idarəetməsinə ötürülüb. Gələcəkdə bu prosesin digər kommunal xidmət sahələrini də əhatə etməsi nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO