Azərbaycan Kooperasiya Universitetinin kafedra müdiri vəfat etdi

Azərbaycan Kooperasiya Universitetinin kafedra müdiri vəfat etdi

Hazırda oxunan: Azərbaycan Kooperasiya Universitetinin kafedra müdiri vəfat etdi

205254

Azərbaycan Kooperasiya Universitetinin Sosial elmlər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülnarə Qurbanova vəfat edib.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, o, 62 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Gülnarə İbrahim qızı Qurbanova 1962-ci il 16 iyul tarixində Bakı şəhərində anadan olub. 13 saylı məktəbdə orta təhsil alıb. 1979-1983-cü illərdə Azərbayaycan Pedaqoji İnstitutunda (hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti) filologiya ixtisası üzrə ali təhsil alıb. 1985-ci ildən pedaqoji fəaliyyətə başlayıb. 2014-cü ildə “Türk dillərində əvəzliklər və onların mətn yaranmasında rolu” mövzusunda elmi işini müdafiə edib. 2016-cı ildə dosent vəzifəsi AAK tərəfindən təsdiq edilib.

2014-cü ildə Universitet rəhbərliyinin təqdimatı ilə “Tərəqqi” medalına layiq görülüb. Azərbaycan Kooperasiya Universitetinin “Bizim qəzet” aylıq ictimai-siyasi qəzetinin baş redaktoru, monoqrafiya, dərs vəsaiti və onlarla proqramın müəllifidir. Respublika mətbuatında mütəmadi olaraq məqalələrlə çıxışlar edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO