Oğuzda uzun müddətdir qan xərçəngindən əziyyət çəkən 10 yaşlı Sübhan Bayramov vəfat edib.
Bizim.Media-nın yerli bürosu bildirir ki, Sübhan Bayramov müalicə aldığı Oğuz Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.
Qeyd edək ki, Sübhanın atası da 2 gün öncə faciəvi şəkildə dünyasını dəyişib.
Belə ki, Oğuz rayonunun Tayıflı kənd sakini 36 yaşlı Fuad Bayramov meşəlik ərazidə iri gövdəli ağac kəsərkən ağac sakinin üzərinə aşıb və ona ciddi xəsarətlər yetirmişdi.
Fuad Bayramov xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməmişdilər.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu