Qəbələdə avtomobil dərəyə aşıb, ölən və xəsarət alan var

Qəbələdə avtomobil dərəyə aşıb, ölən və xəsarət alan var

Hazırda oxunan: Qəbələdə avtomobil dərəyə aşıb, ölən və xəsarət alan var

204920

Qəbələdə bir nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

 

Bu barədə Sfera.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

Belə ki, gecə saatlarında Qəbələ rayonunun Laza kəndi ərazisində Mehran Həsənovun idarə etdiyi “QAZ-3110” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.

 

Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, nəqliyyat vasitəsindəki sərnişin Maarif Xasıyev isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO