Şirvanda ana və qızının ölümü ilə bağlı yeni TƏFƏRRÜATLAR

Şirvanda ana və qızının ölümü ilə bağlı yeni TƏFƏRRÜATLAR

Hazırda oxunan: Şirvanda ana və qızının ölümü ilə bağlı yeni TƏFƏRRÜATLAR

204872

Şirvanda ana və övladının ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Bizim.Media “report.az” a istinadən xəbər verir ki, Sabirabad rayonundan olan 1991-ci il təvəllüdlü Kərimova Aygün Yunis qızı və onun azyaşlı qızı Şirvana baldızıgilin evinə qonaq gəlib.
 

MÖVZU İLƏ BAĞLI:

Şirvanda ana və 5 yaşlı qızı binadan yıxılaraq öldü


Hadisə baş verən zaman baldızı və ailəsi evdə olub.

Həmçinin bildirilir ki, Aygün Kərimovanın həyat yoldaşı hərbçidir və hazırda Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət edir.

Hadisə nəticəsində həyatını itirən azyaşlı qızın isə iflic xəstəsi olduğu deyilir. Ailə azyaşlın müalicəsi ilə əlaqədar Şirvan şəhərinə tez-tez gedib-gəlirmiş.

Hazırda faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO