Qusar rayonunun Ləzə kəndi ərazisində uçmuş körpüyə Qusar Fövqəladə Hallar Komissiyasının üzvləri baxış keçirib.
Bizim.Media xəbər verir ki, Qusar FHK-nın sədri Şahid Fərəməzovun sözlərinə görə, baxış zamanı körpünün tam yararsız olması təsdiqlənib.
Yeni körpünün tikilməsi zərurəti yaranıb.
Qeyd edək ki, Qusarçayın üzərindəki körpü Ləzə sərhəd zastavasına, sakinlərin otlaq sahələrinə və Sudur kəndinə gedən yolun üstündə yerləşir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu