Qaxda ağır qəza: Qadın sərnişin xəsarət aldı - FOTO/VİDEO

Qaxda ağır qəza: Qadın sərnişin xəsarət aldı - FOTO/VİDEO

Hazırda oxunan: Qaxda ağır qəza: Qadın sərnişin xəsarət aldı - FOTO/VİDEO

204834

Ötən gün Qax-Şəki avtomobil yolunun, rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, belə ki, Zaqtala rayon Çobankol kənd sakini 33 yaşlı Nail Əhmədovun idarə etdiyi yük avtomobili ilə Qax rayonu Çüdüllü kənd sakini 37 yaşlı Məhəmməd Hacıyevin idarə etdiyi minik avtomobili toqquşub.
 

İlkin məlumatlara əsasən “Jiqulu” markalı avtomobil kəndə dönmək ərəfəsində heç bir xəbərdaredici siqnal vermədən qarşıdan gələn nəqliyyat vasitəsinin qarşısına çıxıb.


Qəza zamanı minik avtomobilində olan sürücünün həyat yoldaşı 29 yaşlı Könül Bəbişova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qadına xəstəxanada ilkin tibbi yardım göstərilib, müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.





Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO