Abşeron rayonunun Masazır kəndi ərazisində qanunsuz tikili sökülüb.
Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Abşeron rayonunun Masazır kəndi ərazisində yüksək gərginlikli elektrik xəttinin altında qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.
Bizim.Media