Maliyyə Nazirliyi 27 vəzifəli şəxsi CƏRİMƏLƏDİ

Maliyyə Nazirliyi 27 vəzifəli şəxsi CƏRİMƏLƏDİ

Hazırda oxunan: Maliyyə Nazirliyi 27 vəzifəli şəxsi CƏRİMƏLƏDİ

204622

Bu ilin I yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 27 nəfər vəzifəli şəxsə 26,8 min manat məbləğində cərimələr tətbiq edib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsini təmin edib. 

Bizim.Media bu barədə nazirliyə istinadən xəbər verir. 

Bildirilib ki, cərimələr yoxlamalar zamanı nəzarət obyektlərində, yoxlama materialları hüquqi qiymət verilməsi üçün prokurorluq və hüquq mühafizə orqanlarına göndərilmiş nəzarət obyektləri istisna olmaqla, nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 410.1 və 410.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törətdiklərinə görə tətqib olunub. 

Dövlət Xidməti hesabat dövründə aparılmış nəzarət tədbirləri nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində səlahiyyətləri daxilində tədbirlər görülməsi üçün həmin təşkilatların tabe olduqları mərkəzi icra hakimiyyəti və müvafiq yerli icra hakimiyyəti orqanlarına məktublar göndərib, müvafiq tövsiyələr verib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO