Məktəblərdə payız tətilinin vaxtı DƏYİŞDİRİLDİ

Məktəblərdə payız tətilinin vaxtı DƏYİŞDİRİLDİ

Hazırda oxunan: Məktəblərdə payız tətilinin vaxtı DƏYİŞDİRİLDİ

204569

COP-29 ilə əlaqədar Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən ümumi təhsil pilləsi üzrə təhsil müəssisələrində (xüsusi təhsil müəssisələri istisna olmaqla) payız tətilinin vaxtı dəyişib. 

Bizim.Media xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” qərarında əksini tapıb. 

Qərara əsasən, ümumi təhsil pilləsi üzrə -2024-cü il noyabrın 12-dən 22-dək payız tətili olacaq. 

Əvvəl bu müddət noyabrın 16-dan 20-dək idi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO