Ağsuda ağır qəza: 2 yaşlı uşaq öldü

Ağsuda ağır qəza: 2 yaşlı uşaq öldü

Hazırda oxunan: Ağsuda ağır qəza: 2 yaşlı uşaq öldü

204548

Ağsu rayonunda ağır yol qəzası baş verib. 

Bizim.Media xəbər verir ki, Kürdəmir rayon sakini Rəşad Mustafayevin idarə etdiyi “VAZ 2107” markalı avtomobil Növcü kəndində hərəkətdə olarkən qarşısına iribuynuzlu heyvan çıxıb.

Bu zaman maşın qəzaya düşüb və sürücünün 2 yaşlı oğlu Mehrac ağır kəllə-beyin travması alıb. Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən azyaşlı orada vəfat edib. 

DİN-in Mətbuat Xidmətinin Şəki Regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi açılıb, istintaq tədbirləri həyata keçirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO