Bakıda qadın bələdiyyə sədri cərimələndi, qərardan şikayət etdi

Bakıda qadın bələdiyyə sədri cərimələndi, qərardan şikayət etdi

Hazırda oxunan: Bakıda qadın bələdiyyə sədri cərimələndi, qərardan şikayət etdi

204496

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Suraxanı rayonunun Əmircan bələdiyyəsinin sədri Cəmilə Ağayevaya cərimə yazıb.

Bizim.Media iqtisadiyyat.az-a istinadən xəbər verir ki, Dövlət Xidməti bələdiyyə sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən, cərimə protokolu tərtib edib.

Buna səbəb isə C.Ağayevanın baş verən bədbəxt hadisə barədə müvafiq qurumu vaxtında məlumatlandırmaması olub.
 

Bələdiyyə sədrinin barəsində protokol tərtib olunan maddədə deyilir ki, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.


C.Ağayeva isə Dövlət Xidmətinin qərarından narazı olduğu üçün Suraxanı Rayon Məhkəməsinə ərizə ilə müraciət edib.

Onun iddiası hakim Pərviz Muradovun sədrliyi ilə araşdırılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO