Peter Mixalko 4 hərbçimizin vəfatı ilə bağlı BAŞSAĞLIĞI VERDİ - FOTO

Peter Mixalko 4 hərbçimizin vəfatı ilə bağlı BAŞSAĞLIĞI VERDİ - FOTO

Hazırda oxunan: Peter Mixalko 4 hərbçimizin vəfatı ilə bağlı BAŞSAĞLIĞI VERDİ - FOTO

204492

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Laçında dörd hərbçinin vəfat etməsi ilə bağlı başsağlığı verib.

Bizim.Media xəbər verir ki, bu barədə Mixalko özünün "X" hesabında paylaşım edib.
 

MÖVZU İLƏ BAĞLI:

Laçında həyatını itirən hərbçilərimizin FOTOLARI


"Dörd Azərbaycan hərbçisinin hərbi xidmətdən kənarda həlak olması ilə bağlı dərin hüznlə başsağlığı verirəm.

Onların matəmdə olan ailələrinə, dostlarına və həmkarlarına dərin hüznlə başsağlığı verirəm", - Aİ diplomatı qeyd edib.

Qeyd edək ki, iyulun 30-da Azərbaycan Ordusunun 4 hərbçisi - kapitan Emnalıyev Asif Qəhrəman oğlu, gizir Cəbrayılov Fərid Famil oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Səmədov Tural Maşallah oğlu və çavuş Şahmarlı Emin Oktay oğlu xidmətdən kənarda olarkən Laçında kükürd qazlı sularda çimərkən zəhərlənərək vəfat edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO