"London" taksilərinin aqibəti necə olacaq? - Rəsmi AÇIQLAMA - VİDEO

"London" taksilərinin aqibəti necə olacaq? - Rəsmi AÇIQLAMA - VİDEO

Hazırda oxunan: "London" taksilərinin aqibəti necə olacaq? - Rəsmi AÇIQLAMA - VİDEO

204483

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) son günlər sosial mediada "London" taksilərinin kütləvi şəkildə istismardan çıxarılması ilə bağlı yayılan fikirlərə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, AYNA-dan "APA-Economics"in sorğusuna cavab olaraq deyilib ki, ölkədə taksi minik avtomobilləri parkının yenilənməsi, elektriklə işləyən, ekoloji cəhətdən təmiz və smart texnologiyaların geniş tətbiq edildiyi taksilərin istismarı prioritet istiqamət kimi müəyyən edilib.
 

"“LEVC TX4” London taksilərinin əksəriyyətinin istismar müddəti başa çatıb. İstismar müddəti başa çatan avtomobillərlə bağlı qanunvericiliyin tələblərinə əsasən tədbir görüləcək. İstismar müddəti bitməyən, bərpası mümkün olan və mövcud tələblərə cavab verən nəqliyyat vasitələri isə mərhələli şəkildə təmir olunaraq xəttə buraxılır", - deyə açıqlamada qeyd olunub.


Qeyd edək ki, 2011-ci ildə Azərbaycana gətirilən "London" taksiləri Lökbatan qəsəbəsindəki qarajda toplanılır.

Bu avtomobillərin tamamilə yararsız hala düşməsilə bağlı fotolar bir neçə gündür sosial medialarda yayılıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO