Laçında 4 hərbçimizin həyatını itirməsi ilə bağlı Hərbi Prokurorluqdan AÇIQLAMA – ÖZƏL

Laçında 4 hərbçimizin həyatını itirməsi ilə bağlı Hərbi Prokurorluqdan AÇIQLAMA – ÖZƏL

Hazırda oxunan: Laçında 4 hərbçimizin həyatını itirməsi ilə bağlı Hərbi Prokurorluqdan AÇIQLAMA – ÖZƏL

204432

Laçın rayonu ərazisində Azərbaycan Ordusunun 4 nəfər hərbi qulluqçusunun - Emnalıyev Asif Qəhrəman oğlu, Səmədov Tural Maşallah oğlu, Şahmarlı Emin Oqtay oğlu və Cəbrayılov Fərid Famil oğlunun meyitlərinin aşkar edilməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub.

Bu barədə Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Firad Əliyev Bizim.Media-nın sorğusuna cavab olaraq məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Laçında dörd hərbçimiz həyatını İTİRDİ


“Daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, müvafiq ekspertizalar təyin edilərək, icraya yönəldilib, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Hazırda Qubadlı hərbi prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Allah hərbçilərimizə rəhmət eləsin”, - deyə Firad Əliyev bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO