Müəllimlərin işə qəbulu üzrə seçim mərhələsi başlanır

Müəllimlərin işə qəbulu üzrə seçim mərhələsi başlanır

Hazırda oxunan: Müəllimlərin işə qəbulu üzrə seçim mərhələsi başlanır

204354

İyulun 31-i saat 11:00-dan etibarən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müddətsiz müqavilə ilə vakansiya seçimi mərhələsi həyata keçiriləcək.

Təhsil İnstitutundan Bizim.Media-ya bildirilib ki, bütün fənlər üzrə test imtahanında ümumtəhsil proqramı üzrə minimum 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər avqust 5-i saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.

Namizəd seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda onun müsabiqənin növbəti vakansiya seçimində iştirakı təmin olunmayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO