Tələbələrin köçürülməsi üçün sənəd qəbulunun müddəti uzadıldı

Tələbələrin köçürülməsi üçün sənəd qəbulunun müddəti uzadıldı

Hazırda oxunan: Tələbələrin köçürülməsi üçün sənəd qəbulunun müddəti uzadıldı

204274

Tələbələrin köçürülməsi üçün sənəd qəbulunun müddəti 1 avqust 18:00-a qədər uzadılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə  Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. 

Bildirilib ki, həmin tarixədək təhsil müəssisəsini, ixtisasını və ya təhsilalma formasını dəyişmək istəyən tələbələr portalda qeydiyyatdan keçərək “şəxsi kabinet” yaratdıqdan sonra, istifadəçi adı və şifrədən istifadə etməklə “Ali və orta ixtisas təhsili pilləsində təhsilalanların köçürülməsi” xidmətinə daxil olub, köçürülmək üçün elektron müraciət formasını doldurub təsdiq edə bilərlər. 

Qeyd edək ki, köçürülmə üçün müraciət edən tələbələrin məlumatları təhsil müəssisələri tərəfindən yoxlanılır və müraciətin statusu barədə şəxsi kabinetə bildiriş göndərilir. Bu səbəbdən müraciətçilərə şəxsi kabinetini mütəmadi olaraq izləmək tövsiyə olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO