Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Bakı prospektində qeydə alınıb.
Belə ki, “Ford” markalı mikroavtobusun sürücüsü 1988-cu il təvəllüdlü İsmayılov Asif Ziyad oğlu rayon avtovağzalının qarşısında avtomobilini geriyə verərkən Kürdəmir rayon avtovağzalının müdiri 1958-ci il təvəllüdlü İsrafilov Asif Ağa oğlunu vurub.
Ağır bədən xəsarəti alan piyada dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Bizim Media, Aran bürosu