Seçki bülletenlərinin hazırlanması qaydasına, mətninə, formasına, sayına dair tələblər təsdiq edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə olunub.
Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımovun təqdimatına əsasən, seçki bülletenlərində namizədlərin soyadları əlifba sırası ilə yerləşdirilir: "Hər bir seçki bülleteni MSK-nın müəyyən etdiyi qaydada bir-bir və ardıcıl olaraq nömrələnməlidir və onun doldurulması qaydası haqqında izahat verilməlidir".
O bildirib ki, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar 6 milyon 516 min 567 seçki bülleteni çap ediləcək.
Qərar səsverməyə qoyularaq qəbul edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:40 / 27.07.2024
Seçkilər ilə əlaqədar 6 milyondan çox bülleten çap ediləcək
Hazırda oxunan: Seçkilər ilə əlaqədar 6 milyondan çox bülleten çap ediləcək
Hazırda oxunan: Seçkilər ilə əlaqədar 6 milyondan çox bülleten çap ediləcək
203826
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.