“İTİ QOVAN” PUA-ları ordumuzun istifadəsinə verildi

“İTİ QOVAN” PUA-ları ordumuzun istifadəsinə verildi

Hazırda oxunan: “İTİ QOVAN” PUA-ları ordumuzun istifadəsinə verildi

20375

“Yerli istehsaldan olan müasir silah və sursatlar, hərbi texnika məhz 44 günlük Vətən müharibəsində ilk dəfə real döyüşdə uğurla sınaqdan keçdi”.

Bizim.Media xəbər verir ki, bunu müdafiə sənayesi naziri Mədət Quliyev deyib.

Nazir xatırladıb ki, Vətən müharibəsi zamanı gərgin döyüşlərin getdiyi dövrdə Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələri fasiləsiz iş rejimində çalışıblar:

“İşğalçılar Azərbaycan torpaqlarından qovularkən Ali Baş Komandanın obrazlı şəkildə işlətdiyi məşhur ifadənin ölkəmizdə və dünyada böyük əks-səda doğurduğu vaxtda seriyalı istehsalına başladığımız, qanadları üzərinə “İTİ QOVAN” yazılmış pilotsuz uçuş aparatları ordumuzun istifadəsindədir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO