AZAL iki milyonuncu sərnişinini MÜKAFATLANDIRDI

AZAL iki milyonuncu sərnişinini MÜKAFATLANDIRDI

Hazırda oxunan: AZAL iki milyonuncu sərnişinini MÜKAFATLANDIRDI

203731

Azərbaycanın milli aviadaşıyıcısı AZAL iki milyonuncu sərnişinini mükafatlandırıb.

“Azərbaycan Hava Yolları” QSC-dən Bizim.Media-ya bildirilib ki, aviaşirkət bu ilin əvvəlindən iki milyon sərnişinə xidmət göstərib.

Mükafatlandırılan sərnişin Bakı-London reysinə aviabilet əldə edən Nəzrin Orucova olub.

Aviaşirkətin nümayəndələri Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişini təbrik edərək Bakıdan “Azərbaycan Hava Yolları” aviaşirkətinin istənilən müntəzəm istiqaməti üzrə ödənişsiz gediş-dönüş aviabileti təqdim ediblər.

Cari ilin birinci yarısında keçən ilin eyni dövrü ilə müqayisədə AZAL-ın sərnişinlərinin sayında beynəlxalq istiqamətlərdə 60 faiz, ölkədaxili istiqamətlərdə isə 10 faiz artım müşahidə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO