Şamaxıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs tutuldu – FOTO  

Şamaxıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs tutuldu – FOTO  

Hazırda oxunan: Şamaxıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs tutuldu – FOTO  

203723

Şamaxıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs tutulub. 

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb. 

Bildirilib ki, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan, əvvəllər də məhkum olunmuş Şahin Allahverdiyev saxlanılıb. 

Qeyd edilib ki, ondan marixuana və rayonun Çağan kəndində çay kənarında aqrotexniki qulluq edərək yetişdirdiyi 28 ədəd çətənə kolu aşkarlanıb. 

Məhkəmənin qərarı ilə Ş.Allahverdiyev barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO