Göyçay rayonunda 2 qadın hamam otağında dəm qazından zəhərlənib, ölən var.
Sfera.az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Göyçay şəhər ərazisində yerləşən evlərdən birinin hamam otağında qeydə alınıb.
Belə ki, 1958-ci il təvəllüdlü Fatma Zeynalova qonşusu, 1941-ci il təvəllüdlü Fatma Babayevanı hamam otağında yuyundurmağa çalışıb. Bu zaman hər iki qadın dəm qazından zəhərlənib. Nəticədə F.Babayeva hadisə yerində ölüb, digər qadın isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.