Sosial şəbəkələr insanları reallıqdan NECƏ UZAQLAŞDIRIR? – MARAQLI DETALLAR 

Sosial şəbəkələr insanları reallıqdan NECƏ UZAQLAŞDIRIR? – MARAQLI DETALLAR 

Hazırda oxunan: Sosial şəbəkələr insanları reallıqdan NECƏ UZAQLAŞDIRIR? – MARAQLI DETALLAR 

203659

Sosial media sayəsində ikitərəfli qarşılıqlı əlaqə, paylaşma və insanların öz kontentlərini yaratmaları mümkün olub. Veb saytlar və tətbiqlər sayəsində istifadəçilər bir-biri ilə məlumat paylaşa bilir və hər kəs istədiyi məlumatı əldə edə bilir. 

Bununla belə, sosial media təkcə fərdlər üçün deyil, həm də qurumların marketinq strategiyalarında mühüm yer tutur.

İstifadəçilər internetə çıxışı olan hər yerdə, heç bir vaxt məhdudiyyəti olmadan və yalnız özləri ilə heç vaxt tərk etmədikləri mobil cihazları vasitəsilə sosial mediada paylaşa bilirlər. Lakin bütün bunlarla yanaşı sosial medianın insanların gündəlik həyatlarına mənfi təsirləri də az deyil. Müxtəlif platformalarda paylaşılan şəkil və videolar, nümayişli həyatlar insanlarda öz həyatlarından narazılıq, gördüklərini təkrarlamaq istəyi yaradır.

Sosial medianın insanların gündəlik həyatlarına mənfi təsirləri nələrdir?

Mövzu ilə bağlı psixoloq Gülər Məmmədli Bizim.Media-ya açıqlamasında bildirib ki, sosial medianın həddindən artıq istifadəsi insanları reallıqdan uzaqlaşdırır:

“Hər şeydən əvvəl sosial medianın həddindən artıq istifadəsi reallığın təhrif edilməsinə səbəb ola bilər. Qarşımıza çıxan yazılar, fotolar və videolar hər kəsin həyatının mükəmməl, xoşbəxtlik, uğur və macəra ilə dolu olduğu illüziyasını yaradır. Başqalarının həyatının ideallaşdırılmış versiyalarına davamlı olaraq məruz qalmaq isə bizi öz reallığımızdan qeyri-adekvat və narazı hiss etdirə bilir. 

Buna görə də insanlarda gördüklərini təkrarlamaq istəyi yaranır. 

Onlar sosial şəbəkələrdə reklam olunan həyat tərzinə, geyimlərə, gəzintilərə aludə olurlar. Daha ciddi işlərə zaman sərf etmədiklərindən öz boşluqlarını doldurmaq üçün bu yola meyillənirlər. Gördükləri hər geyimi yaraşsa da, yaraşmasa da geyinmək, əslində bəyənmədikləri restoranda dadını heç sevməsə də hamı tərifləyir deyə yemək və s. sanki bir növ manipulyasiyaya uğrayırlar. Çünki sosial mediada hər kəs özünü olduğu kimi yox, olmaq istədiyi kimi göstərir. 

Xüsusən gənc yaşlarda ifrat sosial media istifadəsi zamanı daimi müqayisələr, əldən qaçırmaq qorxusu və mükəmməl bir onlayn şəxsiyyət təqdim etmək təzyiqi zehni rifahımıza zərər verə bilər. Əgər insanlar özlərini adekvat, rasional qəbul etsələr, onlar bu kimi şeylərə enerji sərf etməzlər. Öz həyatlarını olduğu kimi qəbul edər və həqiqətən xoşbəxt olmağa çalışarlar”.

Çiçək Sadatova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO