Azərbaycandan “Yale Law School”a ilk qəbul!

Azərbaycandan “Yale Law School”a ilk qəbul!

Hazırda oxunan: Azərbaycandan “Yale Law School”a ilk qəbul!

203593

Məlum olduğu kimi, Xaricdə təhsilə dair Dövlət Proqramına 2024–2025-ci tədris ili üçün həyata keçirilən sənəd qəbulu üzrə ilkin siyahı təsdiq olunub.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bu il keçirilən müsabiqənin ilkin nəticələrinə əsasən, 99 nəfər dünya reytinq cədvəllərində ilk onluqda olan ali təhsil müəssisələrində təhsil alacaq.
Siyahıya əsasən, proqramın qalibləri sırasında Orxan Abdulkərimli Yale Universiteti Hüquq fakültəsinin, yəni “Yale Law School”un tam təqaüdünü qazanmaqla magistratura pilləsinə qəbul olunub.

“Yale Law School” ABŞ-nin hüquq fakültələri reytinqində (US News & World Report və Fortuna Ranking) 1990-cı ildən hazıradək davamlı olaraq 1-ci yerdə qərarlaşıb və qəbul üzrə ən rəqabətli hüquq fakültəsi hesab olunur.

Bu Azərbaycan və region dövlətlərindən “Yale Law School”a ilk qəbuldur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO