Nazirlər Kabinetinin “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərarının əhatə etdiyi dövr 2020-2021-ci tədris ilinin II yarımili üçün uzadılıb.
Təhsil Nazirliyindən Bizim.Media-ya bildirilib ki, qərara əsasən, 2020-2021-ci tədris ilinin ikinci yarımili sosial baxımdan həssas əhali qrupuna aid edilən tələbələrin təhsil haqqı xərcləri dövlət büdcəsi hesabına ödəniləcək.
MÖVZU İLƏ BAĞLI:
Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək
Bu tələbələrin sayının 15 min 500 – 16 min 500 nəfər arasında olması proqnozlaşdırılır. Bu məqsədlə dövlət büdcəsindən 14 milyon manat ayrılması nəzərdə tutulur.
Bizim.Media