Son günlər uşaqlar arasında kütləvi şəkildə xəstəlik yayılıb. Bəziləri buna “yay qripi” deyir. Xəstəliyin əlamətləri həqiqətən də qripə bənzəyir. Amma bu “qrip”dən uşaqlar daha çox əziyyət çəkir. Bəzən ağırlaşma halları da müşahidə olunur.
Bəs bu xəstəliyin əsl adı və əlamətləri nədir?
Suala pediatr Vaqif Qarayev aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, bu heç də adi qrip deyil:
“Uşaqlar arasında yayılan rotavirusdur. Daha çox 5 yaşına qədər uşaqlarda müşahidə olunur. Virus uşaqlara çirklənmiş su və qida məhsullarından keçir. Əlamətlər belədir: Hərarət yüksəlir, davamlı qusma və ishal müşahidə olunur.
Orqanizm çoxlu maye itirərsə, xəstənin vəziyyəti ciddiləşir. Bu virusa qarşı özünümüalicə düzgün deyil. Mütləq həkimə müraciət edilməlidir. Xüsusən, maye qəbul edə bilməyən uşaqlar həkim nəzarətində olmalıdırlar”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:40 / 24.07.2024
Körpələr arasında yayılan rotavirusla bağlı pediatrdan XƏBƏRDARLIQ: “Evdə müalicə risklidir”
Hazırda oxunan: Körpələr arasında yayılan rotavirusla bağlı pediatrdan XƏBƏRDARLIQ: “Evdə müalicə risklidir”
Hazırda oxunan: Körpələr arasında yayılan rotavirusla bağlı pediatrdan XƏBƏRDARLIQ: “Evdə müalicə risklidir”
203372
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.