Ağadadaş Ağayevin adam baltalaması ilə bağlı YENİ TƏFƏRRÜAT

Ağadadaş Ağayevin adam baltalaması ilə bağlı YENİ TƏFƏRRÜAT

Hazırda oxunan: Ağadadaş Ağayevin adam baltalaması ilə bağlı YENİ TƏFƏRRÜAT

203218

Xalq artisti Ağadadaş Ağayevin adam baltalaması ilə bağlı mətbuatda məlumat yayılıb. 

Bizim.Media “ucnoqta.az”a istinadən xəbər verir ki, hadisədən bir gün öncə Xalq artisti qulağından aldığı xəsarətlə bağlı xəstəxanalardan birinə müraciət edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ağadadaş Ağayev balta ilə adam VURDU: Vəziyyəti ağırdır


Müayinə olunan müğənninin qulağına tikiş qoyulub, evinə qayıdıb. 

Ağadadaş Ağayev səhərisi, hadisə günü əlində balta ilə xəstəxanaya gəlib. Onu sakitləşdirməyə çalışan mühaifizəçi ilə dalaşıb. Sonra əlindəki baltanı cəld xəstəxana istiqamətə atıb. Balta həyətdə təmizlik işi görən qadının ayağına dəyib. 

DİN-in mətbuat xidmətindən bildirilib ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A. Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini əlindəki balta ilə onu hədələdiyini bildirib. 

N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib. 

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin araşdırmalara başlanılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO