Bakıda azyaşlını girov götürən atası imiş - Tanınmış idmançı olub - TƏFƏRRÜAT/FOTO

Bakıda azyaşlını girov götürən atası imiş - Tanınmış idmançı olub - TƏFƏRRÜAT/FOTO

Hazırda oxunan: Bakıda azyaşlını girov götürən atası imiş - Tanınmış idmançı olub - TƏFƏRRÜAT/FOTO

203184

Ötən gün Bakının Suraxanı rayonunda azyaşlını girov götürən və daha sonra polis tərəfindən zərərsizləşdirilən şəxslə bağlı bəzi təfərrüatlar məlum olub. 

Bizim.Media "report.az"a istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsində 76 nömrəli məktəbin yaxınlığında yerləşən binada qeydə alınıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda OLAY: Azyaşlını girov götürüb, öldürməklə hədələdilər


Əvvəllər məhkum olunan Xosrov Əhmədov öz azyaşlı övladının boğazına bıçaq dirəyərək onu öldürəcəyini bildirib. 

Hadisə yerinə gələn polis əməkdaşları Xosrov Əhmədovu bu əməlindən yayındırmağa çalışıb. Dəfələrlə polisin qanuni tələblərinə və xəbərdarlıqlarına baxmayaraq, X.Əhmədov öz azyaşlı övladını öldürəcəyini bildirib. Polis əməkdaşları azyaşlının həyatını xilas etmək üçün Xosrov Əhmədovu zərərsizləşdirib. 

Xosrov Əhmədovun əvvəllər peşəkar idmançı olduğu bildirilib. O, ağırlıqqaldırma üzrə Azərbaycan çempionu olub və bir sıra beynəlxalq yarışlarda iştirak edib. 

O, "Beton Xosrov" ləqəbi ilə tanınıb və sosial şəbəkələrdə videogörüntüləri mövcuddur. 

X.Əhmədovun bir müddət əvvəl psixoloji problemləri olan əmisinin evini əlindən alaraq, onu küçəyə atdığı da deyilir. 
 




Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO