Şəmkirdə kişi arvadını marketdə BIÇAQLADI  

Şəmkirdə kişi arvadını marketdə BIÇAQLADI  

Hazırda oxunan: Şəmkirdə kişi arvadını marketdə BIÇAQLADI  

203035

Şəmkir rayonunun “Şəhərcik” adlandırılan ərazisində marketlərdən birində öz həyat yoldaşına bıçaq xəsarətləri yetirən kişi saxlanılıb. 

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımovun Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1999-cu il təvəllüdlü Yusif Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.

2006-cı il təvəllüdlü Laləzər Əhmədova bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, o dərhal əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO