Şəkidə qəza baş verib, yaralananlar var.
Şəki-Qax avtomobil yolunun Şəkinin Aşağı Göynük kəndindən keçən hissəsində baş verən qəza nəticəsində beş nəfər yaralanıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Mingəçevirdən Zaqatalaya qonaq gedən Abdullayevlər ailəsi gecə saatlarında geri dönərkən qəza keçiriblər.
Belə ki, 30 yaşlı Mingəçevir şəhər sakini Elvin Abdullayev idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə maşın yolun kənarındakı obyektə çırpıb.
Qəza nəticəsində sürücü Elvin Abdullayev, onun anası 56 yaşlı Gülarə Abdullayeva, həyat yoldaşı 22 yaşlı Mətanət Abdullayeva, həmçinin daha iki qohumu 63 yaşlı Raziyyat Abdullayeva və 34 yaşlı Şəhanə Abdullayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar hadisə şahidlərinin köməyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Burada onlara tibbi yardım göstərilib.
Səhər saatlarında isə xəstələrin vəziyyəti kafi olduğundan evə buraxılıblar. Qəzanın təfərrüatları araşdırılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu