Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə “Tullantıları ekoçantaya dəyiş” aksiyası “Araz” supermarketin Nəsimi rayonu filialında keçirilib.
Nazirliyin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, aksiya zamanı vətəndaşlar ümumi tutumu 382 litr olan plastik, 21 litr tutumu olan şüşə butulka və 36 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə ediblər.
Nazirlik əhali arasında tullantıların çeşidlənməsinin əhəmiyyətini vurğulamaq, təkrar emala dəstək olmaq məqsədilə keçirilən aksiyalarda fəal iştirak edən bütün vətəndaşlara təşəkkür edir, hər kəsi polietilen torbalar əvəzinə ekoçantalardan istifadəyə etməyə çağırır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
07:30 / 21.07.2024
Plastik və şüşə butulka, işlənmiş batareya əvəzinə ekoçanta - FOTO
Hazırda oxunan: Plastik və şüşə butulka, işlənmiş batareya əvəzinə ekoçanta - FOTO
Hazırda oxunan: Plastik və şüşə butulka, işlənmiş batareya əvəzinə ekoçanta - FOTO
202911
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.