Azərbaycanda qaz sayğaclarının yoxlanılması ilə bağlı YENİLİK

Azərbaycanda qaz sayğaclarının yoxlanılması ilə bağlı YENİLİK

Hazırda oxunan: Azərbaycanda qaz sayğaclarının yoxlanılması ilə bağlı YENİLİK

202841

Azərbaycanda qaz sayğaclarının yoxlanılması ilə bağlı texniki reqlamentin təsdiq edilməsi gözlənilir.

Bizim.Media xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin əməkdaşı Nəzrin Mirzəzadə jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, bu ilin əvvəlindən qaz sayğaclarının müayinəsini həyata keçirdiyi laboratoriya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin nəzarətindən çıxarılaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutuna ötürülüb.
Laboratoriyada məişət və sənayedə istifadə olunan ölçmə vasitələrinin yoxlanılması, bu vasitələrin metroloji tələblərə (xəta normalarına) uyğunluğunun təyin və təsdiq edilməsi, sənaye tipli sayğacların, həcm korrektorlarının təmiri və kalibrlənməsi işləri icra edilir. Həmçinin, qaz sayğaclarına edilən kənar müdaxilə hallarının müəyyən edilməsi tədbirləri həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO