Əsrin bəlası olan telefon fırıldaqçılığından necə qorunaq?

Əsrin bəlası olan telefon fırıldaqçılığından necə qorunaq?

Hazırda oxunan: Əsrin bəlası olan telefon fırıldaqçılığından necə qorunaq?

202838

Telefon fırıldaqçılığı bu gün bütün dünyanı narahat edən ciddi problemdir. Fırıldaqçılar telefon və internet üzərindən hər gün yüzlərlə insanın vəsaitini ələ keçirir.

Bizim.Media xəbər verir ki, telefon fırıldaqçılığından əziyyət çəkən ölkələrdən biri də Rusiyadır.
Ötən il telefon fırıldaqçıları 14,2 milyard rubldan çox pul oğurlayıblar.

Maraqlıdır ki, fırıldaqçıların tələsinə düşənlərin bir çoxu tanınmış simalardır. Məsələn, Rusiya Federasiyası Dövlət Duması aparatının rəhbərinin birinci müavini Yuri Bezverxovun etirafına görə, fırıldaqçılar ondan son zamanlar 45 milyon rubla qədər pul oğurlayıblar.
Dələduzluq ötən ilin noyabrından bu ilin mart ayına kimi davam edib. Sadəcə olaraq o, bu böyük məbləğin itirilməsinin fərqinə varmayıb. Yalnız banka gedəndən sonra bilib ki, kassası boşaldılıb.

Bu günə kimi Rusiyada ən böyük telefon fırıldaqçılığının qurbanı olan və adının çəkilməsini istəməyən bir iş adamı olub. O, məhz telefon fırıldaqçıları tərəfindən aldadılaraq Afrika almaz hasilatı şirkətinə və bir neçə İT layihələrinə “sərmayə yatırmaq” üçün 1 milyon dollarından keçib.

Lakin, o aldadıldığının çox gec fərqində olub. Belə ki, o, il yarımdan sonra yatırdığı “investisiya”dan 300 min dollar çıxarmaq istəyib. Lakin əvəzində ona müəyyən yazılı şəkildə göndərilib və bundan sonra “maliyyəçilərin“ əlaqəsi kəsilib.

Rusiyada isə daha 2 sahibkarın pulu fırıldaqçılar tərəfindən ələ keçirilib. Onlara dəyən ümumi zərər 171,5 milyon rubl qiymətləndirilir.

Fırıldaqçını necə ifşa etmək olar?

Bir qayda olaraq, fırıldaqçılar özlərini bankların, Daxili İşlər Nazirliyinin işçisi kimi təqdim edir və hətta qondarma vəzifə və titullarını da çəkir və hər cür qanunsuz əməliyyatlardan, pulları silmək cəhdlərindən, kredit müraciətlərində və s. danışırlar.

Xatırladaq ki, fırıldaqçılarla açıq münaqişə hər kəsə zərər verə bilər. Ona görə də edilən bu tip zənglərə və mesajları kəskin reaksiya vermək olmaz. Yaxşı olar ki, fırıldaqçılardan düşünmək üçün vaxt istəmək və bu zaman kəsiyində də müvafiq orqanlara müraciət etmək lazımdır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO