Naxçıvan şəhərində ət satışı məntəqələrində monitorinqlər aparılıb.
Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyindən Bizim.Media-ya bildirilib ki, monitorinqlər zamanı Naxçıvan şəhəri Əlincə məhəlləsi 928 ünvanında fəaliyyət göstərən Məmmədov Elman Fərman oğluna məxsus ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkarlanıb.
Sanitar gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların təmizlənmədiyi, işçilərin ilkin və dövri tibbi müayinədən keçməsini təsdiqləyən sənədin təqdim edilmədiyi, asqıların paslanan materialdan hazırlandığı, ət doğrama kötüyünün yararsız vəziyyətdə olduğu və dezinfeksiya işlərinin vaxtında aparılmadığı müəyyən edilib.
Aşkarlanan nöqsanlarla bağlı müvafiq tədbirlər görülüb, icrası məcburi göstərişlər verilib və sahibkar maarifləndirilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
01:00 / 20.07.2024
Naxçıvanda ət satışı məntəqəsində ciddi nöqsanlar AŞKARLANDI - FOTO
Hazırda oxunan: Naxçıvanda ət satışı məntəqəsində ciddi nöqsanlar AŞKARLANDI - FOTO
Hazırda oxunan: Naxçıvanda ət satışı məntəqəsində ciddi nöqsanlar AŞKARLANDI - FOTO
202782
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.