DİM bu gün imtahan keçirəcək 

DİM bu gün imtahan keçirəcək 

Hazırda oxunan: DİM bu gün imtahan keçirəcək 

202633

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün GRE imtahanı keçirəcək.

Bizim.Media xəbər verir ki, ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) kompüter əsaslı növbəti GRE: General Test imtahanı Dövlət İmtahan Mərkəzinin Binəqədi rayonu Süleyman Sani Axundov və Əhməd Rəcəbli küçələrinin kəsişməsində (TÜRKPA-nın yanı) yerləşən elektron imtahanlar korpusunda təşkil olunacaq.

İmtahanda iştirak edəcək şəxslər saat 08:15-dən gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar.

İmtahan saat 09:00-da başlanır.

Qeyd edək ki, GRE (Graduate Record Examinations) imtahanı dünyanın bir çox ali təhsil müəssisələrində magistr, MBA, doktorantura təhsilini almaq üçün tələb olunur və təqaüdlərin verilməsi zamanı diqqət yetirilən göstəricilərdən biridir.
GRE: ümumi testi 160-dan çox ölkənin 1000-dən artıq test mərkəzində keçirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO