Məhlədən qızla keçməsinə irad bildirib - Gəncin qətlinin təfərrüatı

Məhlədən qızla keçməsinə irad bildirib - Gəncin qətlinin təfərrüatı

Hazırda oxunan: Məhlədən qızla keçməsinə irad bildirib - Gəncin qətlinin təfərrüatı

202605

Masallı rayonunun Musaküçə kənd sakini, 1998-ci il təvəllüdlü Elməddin Kərimovun bıçaqlanaraq qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi başa çatıb.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, qətldə təqsirləndirilən 2000-ci il təvəllüdlü Höccət Soltanov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Bir nəfərin ölümünə, digərinin həbsinə səbəb olan mübahisə isə qız üstündə baş verib. Belə ki, Sahib adlı şəxs (ad şərtidir) Elməddingilin məhləsindən keçərkən əlini yanında olan qızın çiyninə qoyub. Bu zaman Elməddin ona irad bildirib və bundan sonra mübahisə başlayıb.
Daha sonra mübahisəyə dostlar da qarışıb. Bundan sonra hamı maşınlara minib Qızılhacılı meşəsinə gediblər. Burada dava zamanı mübahisəni aydınlaşdırmağa gələnlərdən Höccət Soltanov Elməddini bıçaqlayaraq qətlə yetirib.

Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində bildirib ki, mübahisə zamanı dostu Sahibin yerinə Elməddindən üzr istəyib, amma qarşı tərəf bunu qəbul etməyib.

Qeyd edək ki, hadisə ötən ilin sentyabrın 18-də baş verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO