Kürdəmirdə QƏZA: 64 yaşlı Bakı sakini xəsarət alıb - FOTO

Kürdəmirdə QƏZA: 64 yaşlı Bakı sakini xəsarət alıb - FOTO

Hazırda oxunan: Kürdəmirdə QƏZA: 64 yaşlı Bakı sakini xəsarət alıb - FOTO

202602

Kürdəmirdə avtomobil qəzası baş verib, 64 yaşlı Bakı sakini ağır bədən xəsarəti alıb. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Mollakənd kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Toyoto” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini 1960-cı il təvəllüdlü  Vidadi Alıyev Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. 

Nəticədə avtomobil bir neçə dəfə fırlanaraq, yol kənarına aşıb. Qəza zamanı sürücü ağır bədən xəsarətləri alıb. Yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə  Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda həkimlər onun vəziyyətini orta ağır qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.


Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO