Naxçıvan şəhərində fəaliyyət göstərən ət satışı məntəqələrində monitorinqlər həyata keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Muxtar respublikanın Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, monitorinqlər zamanı bir sıra nöqsanlar aşkarlanıb.
Belə ki, sanitar gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların təmizlənmədiyi, istifadəyə yararsız ət məhsullarının satışının həyata keçirildiyi, işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi və dezinfeksiya işlərinin vaxtında aparılmadığı müəyyən edilib.
Nöqsanlarla bağlı müvafiq tədbirlər görülərək yararsız ət məhsulları satışdan kənarlaşdırılıb, fəaliyyət dayandırılaraq icrası məcburi göstərişlər verilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:48 / 18.07.2024
Naxçıvanda ət satışı məntəqələrində yararsız məhsullar AŞKARLANDI - FOTO
Hazırda oxunan: Naxçıvanda ət satışı məntəqələrində yararsız məhsullar AŞKARLANDI - FOTO
Hazırda oxunan: Naxçıvanda ət satışı məntəqələrində yararsız məhsullar AŞKARLANDI - FOTO
202600
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.