İlhamə Abdullayevanın karyerası sona çatır – Övladına dəbdəbəli toy etməsi idarə müdirini hədəfə gətirib

İlhamə Abdullayevanın karyerası sona çatır – Övladına dəbdəbəli toy etməsi idarə müdirini hədəfə gətirib

Hazırda oxunan: İlhamə Abdullayevanın karyerası sona çatır – Övladına dəbdəbəli toy etməsi idarə müdirini hədəfə gətirib

202563

Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevanın karyerasının son akkordlarını vurur. 

Bizim.Media Reportyor.info-ya istinadən xəbər verir ki, İlham Abdullayeva yeni tədris ilində vəzifəsi ilə vidalaşa bilər. 

İddialara görə, yeni tədris ili başlar-başlamaz elm və təhsil naziri Emin Əmrullayev onun işdən çıxarılması barədə əmr verəcək. 

Bildirilir ki, İlhamə Abdullayevanın hədəfə gəlməsi onun övladına dəbdəbəli toy etməsindən sonraya təsadüf edir. 

Toy Bakının ən elit şadlıq saraylarından biri olan “Elite Event Hall”da baş tutub. 

Məlumatlara görə, idarə müdirinin indiki həssas dönəmdə dəbdəbəli toy etməsi nazirlikdə narahatlıqla qarşılanıb. 

Bundan başqa, İdarə müdirinin İsveçrəyə getdiyi və oradan övladı üçün cehiz aldığı iddia olunur. Nazilikdə bundan məlumatlıdırlar. 

Buna qədər İlhamə Abdullayevanın adı forma biznesində hallanırdı. Bu barədə yerli mətbuatda kifayət qədər yazılıb. Həmin materiallarda idarə müdirinin Bakıda bir neçə obyektinin olduğu da iddia edilir. 

İdarə müdiri haqqında mediada neqativ materialların yayılması, ardınca onun övladına dəbdəbəli toy etməsi artıq onunla bağlı qəti qərar verilməsini şərtləndirib. 

İlhamə Abdullayeva Abşeron-Xızı Regional Təhsil İdarəsinə 2022-ci ildə təyinat alıb. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, bu təyinatda “Körpü-Bina-Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşovun rolu olub. 

Məlumatlara görə, Xəlil Göyüşov İlhamə Abdullayevanın dayısıdır. Onun qardaşı Qədim Göyüşovun da Abşeron-Xızı Regional Təhsil İdarəsində məsləhətçi işlədiyi bildirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO