Magistraturaya qəbul olunanların qeydiyyat müddəti UZADILDI 

Magistraturaya qəbul olunanların qeydiyyat müddəti UZADILDI 

Hazırda oxunan: Magistraturaya qəbul olunanların qeydiyyat müddəti UZADILDI 

202553

Magistratura səviyyəsinə qəbul olunanların qeydiyyat müddəti uzadılıb. 

Bu barədə Bizim.Media-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib. 

Bildirilib ki, magistraturaya qəbul olmuş şəxslər 22 iyul saat 18:00 dək elektron qaydada qeydiyyatdan keçməlidirlər: 

"Bunun üçün bakalavrlar göstərilən vaxtadək portal.edu.az platformasında qeydiyyatdan keçməli və təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Qeydiyyatdan keçməyən bakalavrlar ali təhsil müəssisələrinə qəbul olunanların siyahısından xaric ediləcəklər". 

Qeyd edilib ki, bakalavrların qeydiyyat prosesinə iyulun 9-dan etibarən başlanılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO