İcra başçısı Asif Əsgərov vəzifəsindən gedir

İcra başçısı Asif Əsgərov vəzifəsindən gedir

Hazırda oxunan: İcra başçısı Asif Əsgərov vəzifəsindən gedir

202416

2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa irəli sürülmüş namizədlərin siyahısında növbəti sürpriz ad Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovdur.

Bizim.Media xəbər verir ki, YAP onun namizədliyini 112 saylı Zaqatala Seçki Dairəsindən irəli sürüb.

Qeyd edək ki, mövcud qanunvericiliyə görə İcra orqanlarında vəzifə tutan şəxslər deputat mandatı daşıya bilməz. Ona görə də Asif Əsgərovun yaxın günlərdə vəzifədən azad olunacağı gözlənilir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO